.. 🙂
Sənan İbrahimovun bir əndərabadi sözündə deyir ki, Nizami türkçə yazırdı, sonradan onu dəri dilinə tərcümə edirdilər. Amma kimlər edirdi deyə bilmir, dəlili də yoxdur, boş-boş havayı danışır, belə alim olmaz ki! Deyir ki, Nizami Xorasanda olmayıb, amma əsərləri Xorasan ləhcəsi ilə yazılıb. Soruşmaq ayıb olmasın, sən Sənan, hardan bilirsən Xorasan və digər ləhcələrini ki, onları dəqiqliklə müəyyən edə bilirsən? Nədir Xorasan ləhcəsi, hansı dilin ləhcəsidir o və nə üçün Nizaminin dili məhz bu ləhcədə olmalıdır? Nəysə, bunun da başı xarabdır, çünki heç bilmir Nizamini necə türk eləsin. Sübut yox, dəlil yox, əsnad yox, heç nə yox, amma cuhudlardan tapşırıq var. Nə etməlidir bu bədbəxt Sənan? Deyir – ONUN GƏNCƏDƏ DOĞULMASINA ŞÜBHƏ YOXDUR. Ay farsca bir kəlmə anlamayan” alim” bəs İskəndərnamədə bizim hamımıza Şair demir ki, “Gəncə dəryasında bir dürr kimi itmiş olsam da, özün Qum kəndindən, Qəhistanından mahalındanam”? Tap da Aranda Qəhistan mahalını, orda da Qum kəndi olsun! Bunu tapa bilməz, çünki bunun üçün heç olmazsa savad olmalıdılr, o da Sənanda yox. Oxuyub yaza bilmir farsca.( Bu haqqda başqa statusmda olacaq)
Əliyarın isə məntiqlə arası yoxdur. Diqqət edək, nə deyir: “Min ildən artıqdır ki, İranda hakimiyyət türklərin əlindədir. Bunlar da hamısı göstərir ki, Nizami türk şairidir.”. – Türklərin əlindədir İran hakimiyyəti. Belə deyir. Şahnaməni yazan Firdövsi əsərini hansı hökmdara təqdim etdi? Türk millətindən idi yoxsa yox? Qızıl boynuna alan, əvəzində fırıldaq edib gümüş verən fars idi yoxsa türk? Hökmdar türk idisə, onda Əliyarın məntiqi ilə belə çıxır ki, Firdövsi də türk olub və Şahnamə türkçə yazılan türk əsəridir. İndi deyin görək, bu Əliyar dəlidir, yoxsa bizi də dəli yerində qoymağa çalışır? Onu təcili dəlixanaya aparıb, müalicə eləmək lazımdı.
Əliyar İranda səfir olanda başından böyük qələt elədiyi üçün onu döşəmə əskisi kimi təhqir etdilər və 7 nəslinə bəs edəcək dərsini verdilər. Əliyarın İrana nifrətinin 50%-i burdan qaynaqlanır. Qalan 50%-i isə Allahsızlığından qaynaqlanr. O, ateistdir.
O, zaman İranda elmi konfransda bu axmaq telefonla zəng vurub konfrans təşkilatçılarını şantaj edib ki, Azərbaycanla bağlı saxtakarlıqları iştirakçılar (əcnəbilər qarışıq) açacaqlarsa, onda Azərbaycan Fars Körfəzinin adını rəsmən Ərəb Körfəzi kimi tanıyacaq!!!. Bu dəlinin düşüncə tərzinə fikir verin… Belələrini səfir təyin edənə nə deyəsən? Bu axmağ İran tərəfdən yaxşı dərsini aldı.
Iranda ona 48 saat vaxt verdi ki, ölkəni tərk etməlisən.
Hələ Gömrükdə də onu elə alçaltdılar ki, hələ də tüstüsü başından çıxır. Onun maşınını bolt-qaykasına qədər söküb yerə qoydular. Əliyar bağırırdı ki, mən səfirəm və onun səsi sərhədin Azərbaycan tərəfinə qədər gedib çatırdı. Amma İran gömrükçüləri onunla səfir kimi yox, əsir düşmüş İŞİD üzvü kimi rəftar elədilər. 🙂
Belə küy qoparanlar coxdur… Nizami Gəncəvi üzərində «mülkiyyət haqqı» kimə aiddir? İrana ya Azərbaycana? İranlıydı yoxsa azərbaycanlı? Türk idi ya fars?
Bunlar elə söz söhbətlərdir ki, nə yazıq Nizaminin ondan xəbəri var idi, nə də onun Xaqani Şirva ni ve ya Zülfiqar Şirvani kimi müasirləri ve digərlərinin.
Asiya, Afqanistan, İran və Qafqaz müsəlmanları arasında çıxan şairlərin böyük əksəriyyəti, hətta 15-ci, 16-cı əsrdən sonra türkləşənlərin çoxu da, ana dillərindən asılı olmayaraq, fars dilində şe’r yazıblar. Türk dilində isə çox az şer deyiblər. Şah İsmail Xətai və ya Mirzə Şəfi Vazeh kimi türkcə yazanlar da olub, amma onların sayı və yazdıqlarının həcmi çox olmayıb.
Osmanlı və hətta Hindistandaki Baburi sultanları, o cümlədən Muhtəşəm və ya Qanuni Sultan Süleyman ve Əkbər Şahın fars dilində divanları olub. Bu məntəqədə təqribən min il fars dili, şer və ədəbiyyatda hakim dil idi. Qafqaz müsəlmanları arasında bu vəziyyət hətta 20-ci əsrə kimi davam edib. Elmi və dini əsərlərin çoxu isə ərəb dilində yazılırdı.
Abbasqulu Ağa Bakıxanovun (1794-1847) özü Gülüstan-i İrəm kitabında Xaqani-i Şirvanini «Hisan-ül Əcem» adlandırır. Hisan Hz. Peyğəmbər zamanında ən məşhur ərəb şairi olub. Bakıxanovun demək istediyi odur ki, Xaqani iranlılar arasında Hisan səviyyəli şair idi. Son Bakı xanının övladı olan Bakıxanovun özünün 10 kitabı var. Onlardan sadəcə biri türkcə. başqa birisi ərəb, qalan sekkizi isə farscadir. Hətta Gülüstan-i İrəm də fars dilində yazılıb.
Bəs Nizaminin türkcə şeri olmayıb? Xeyr, bildiyimiz qederiyle, Nizaminin türkcə şeri yoxdur. Nizami Gəncəviyə aid olduğu iddia edilən və 20-ci əsrdə Qahirə kitabxanalarından birində tapılan türkcə divanın Nizami Gəncəviyə yox, ondan 200 il sonra Quniyyə (Konya) şəhərində yaşayan osmanlı şairi Nizami Quniyəviyə aid olduğu təqribən dəqiqdir ve bu fərq həm şe’rlerin səbkindən həm də dilindən aydın olur.
O cümlədən orada «Sultan Məhəmmed Xana» bir mədhiyyədə deyilir:
«Rəzmi Bəhram ilə yunan təxtini fəth eyləyib // Qəsri Keyxosroda Dara beygi tutdi Cam-i Cəm«
«Yunan fəthi» aydındır ki, Nizami Gəncəvi zamanında Atabəy Məhəmmed Cahan Pəhləvanla yox, 200 il sonra Nizami Quniyyəvi zamanı Osmanlı Fatih Sultan Məhəmmədlə bağlıdır.
İranlı Ya Azərbaycanlı?
Amma bu deməkdir mi ki, Nizami iranlı idi?
O vaxt İran adında bir dövlət yox idi. Azərbaycan adlı bir dövlət ise hələ heç yox idi. Azərbaycan da, Xorasan, Rey, Təbəristan kimi bir vilayətin adıydı ancaq.
İran adında rəsmi bir ölkə yoxdu, amma «mədəni fəza» kimi İran düşüncəsi İranlı kimi özünü dərk etmə var idi. Bu ideya İran tarixindən, mədəniyyətindən qalmışdı ve ələlxüsus Samanilərdən və Qəznəvilərdən sonra daha da güclənmişdi – necə ki, Nizaminin bu şe’rindən və Xaqaninin Eyvan-e Mədaen-indən də aydın olur:
همه عالم تن است و ایران دل // نیست گوینده زاین قیاس خجل (هفت پیکر، بهرام نامه)
«Bütün aləm bədəndir, İran isə ürək / Bunu deyən belə müqayisədən utanmaz» (Həft Peykər/Bəhram-Namə)
Səlcuqilərin də, Atabəylərin də hökm sürdükləri ərazilər ümumilikdə bugünkü İran coğrafiyasıdır. Ələlxüsus Gəncə, Şirvan, Qarabağ kimi vilayətlər tarixən İran torpaqları olublar ve İslamdan sonra bütün bu ərazilər xəlifəliyə tabe edilsə də, Səfəvilərlə İran dirçəldikdən sonra yeniden İran sərhədlərinə qayıtmış və ancaq 19-cu əsrdə İran-rus müharibələrindən sonra ondan ayrılmışdır.
Habelə, görünür Nizaminin Gəncəde doğulduğı ve orada yaşayıb vəfat etdiyi haqda şübhe yoxdur. Ancaq İqbalname-nin bezi elyazma nüsxelerinden bele çıxır ki, Nizami, öz əslinin Qum şəhərinin Qəhistan kəndindən olduğunu deyir:
گرچه در بحر گنجه گمم // ولی از قهستان شهر قمم
«Hər nə qədər də Gəncə dəryasında itmiş olsam da // Qum şəhərinin Qəhistanındanam»
Ancaq bə’zi alimlər deyirler ki. ehtimal bu beyt sonralar İqbalnameye əlavə edilmiş ola bilər. Onların fikrincə, Nizaminin əsli İraq-i Əcəmdəndir (Həmədan, Qəzvin, Rey, İsfahan).
Belə çıxır ki, Nizaminin əsli barədə dəqiq və şübhəsiz məlumat yoxdur.
Amma rahatlıqla demək olar ki, Nizami Gəncədə doğulduğuna və Gəncənin də bugün Azərbaycan Respublikasında olduğuna görə, azərbaycanlı, habelə dil, siyasi tarix və mədənəyyət tarixinə görə, eyni zamanda da iranlı sayıla bilər.
Türk Ya Fars?
Nizaminin bugünkü təbirlə desək etnik tabeiyyətini dəqiq olaraq demək imkansızdır. Ata-babasının da haradan, Gəncənin özündən ya da kənardan gəldiyini qəti demək olmur. Ancaq bəzi təxminlər irəli sürmək olar.
Bir şerindən belə nəticə çıxarılır ki, anası kürd olub:
گر مادر من رئیسه کُرد // مادر صفتانه پیش من مُرد (لیلی و مجنون)
Mənim anam, kürd əşrafındansa // Mənim yanımda ana kimi öldü (Leyli ve Məcnun)
Bu ancaq Nizaminin valideyninin bir tərəfi, yəni anası haqqında bir ehtimaldır.
Bir də o dövrün tarixi əsasıda bəzi təxminlər irəli sürülə bilər.
O vaxtlar Arazın şimalı və cənubunda müsəlman xalqın əksəriyyeti hələ tam türkləşməmişdi. Orta Asiyadan köçüb gələn türk-dilli qəbilələrin köç və yerləşməsi prosesi hələ təzə, 200 il idi ki. başlamişdı. Rum məmləkətində, yə’ni Anadoluda da belə idi və oraların, habelə Azərbaycan, Gencə ve Şirvanın yerli xalqının gəlmə qəbilələrlə qaynayıb qarışması ve türkdilliləşməsi 15-ci, 16-cı əsrə kimi davam etməli idi.
Nizaminin fars dilini gözəl bildiyi əsərlərindən aydındır. Türkcə bildiyini sübut edən hər hansı bir dəlil isə yoxdur. İki qrup arasında onun Leyli və Məcnun əsərindəki bir şeri haqqında fikir ayrılığı var:
ترکی صفت وفای ما نیست // ترکانه سخن سزای ما نیست
«Türki bizim vefamıza uyğun bir sifət deyil / Türklər kimi danışmaq bizə yaraşmaz»
Bu şerə əsaslanaraq bir qrub Nizaminin türkce bilmədiyini, hətta bu dili xoşlamadığını deyir. Digər qrup ise, əksine, türkcə bildiyini amma Atabəylərə tabe olan yerli hakimlərin onu fars dilində yazmağa məcbur etdiyini söyləyir. Amma bu iddiaların heç birini sübut edecek dəlil yoxdur.
Bəs Onda?
O vaxtlar şe’r ve ədəbiyyat bir parça torpaq və ya hər hansı bir dil ve qövmə məxsus deyildi. Vətəndaşlıq, pasport, fars-türk davası da yox idi çünki hər kəs özünü birinci olaraq müsəlman kimi tanıyırdı.
Mənim şəxsən çıxardığım ümumi nəticə budur ki, Nizami gəncəli, azərbaycanlı və iranlıdır. Onun əsərləri İran-fars ədəbiyyatına aiddir. O dünya ədəbiyyatına və bəşəri mədəniyyətə aiddir və hərkəs, iranlı da, azərbaycanlı da, fars da, türk də, kürd də, erməni də. alman da onu oxuyub faydalansa yaxşı olar. Kim istəsə, Nizami ilə fəxr də edə bilər. Ancaq «Nizami kimindir?» sualından çox, onun əsərlərini oxumaq və yaşadığı dövrü keşf etmək daha maraqlıdır.
ardı var..